Muğla vilayətinin Marmaris bölgəsində iki yeniyetmə yanğın səbəbilə nəzarətə götürülüb.
Yenisabah.az xəbər verir ki, on yaşı olan hər iki uşaq ifadə verən zaman yanğına yandırdıqları kitabın səbəb olduğunu deyib. Onlar kola şüşəsinə su dolduraraq söndürməyə çalışsalar da, alovun artdığını, buna görə də qorxaraq ərazidən uzaqlaşdıqlarını bildiriblər.
Qeyd edək ki, bölgədə yanğın dünən günorta saatlarında başlayıb və hələ də davam edir. Hadisədə bir nəfər həyatını itirib pizza sifarişi
Telegram kanalımız