Marqvelaşvili: “Gürcüstan danışıqlar üçün platforma təqdim etməyə hazırdır”

saytların hazırlanması

Evə çatdırılma

Marqvelaşvili: “Gürcüstan danışıqlar üçün platforma təqdim etməyə hazırdır”

Siyasət

09 Mart 2023 13:45 692


“Gürcüstan Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini böyük maraqla izləyir və bunun üçün platforma təqdim etməyə hazırdır”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili deyib.

O bildirib: "Ümid edirəm ki, proses Azərbaycan və Ermənistan arasında münasibətlərin sabitləşməsinə doğru gedir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, Ermənistan da bizə yaxın dövlətdir. Buna görə də Gürcüstan region üçün nəyin ən yaxşı olduğunu müzakirə etmək üçün platforma təqdim etməkdə maraqlıdır. ATƏT-in Minsk Qrupunun artıq mövcud olmadığını nəzərə alsaq, bu, xüsusilə vacibdir”. pizza

Gürcüstanın sabiq prezidenti deyib: “Bakı forumu illər ərzində yanaşmaları sınaqdan keçirmək, bilikləri bölüşmək və müxtəlif dövlətlərin təcrübələrini öyrənmək baxımından çox faydalı platformaya çevrilib”.

O, tədbirin məzmun, logistika və iştirakçılar baxımından yaxşı təşkil olunduğunu bildirib:

“Bu forumu təşkil etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm”.

Marqvelaşvili forum çərçivəsində Gürcüstanda baş verən hadisələrdən də danışmaq niyyətində olduğunu qeyd edib: "Hazırda Gürcüstanda sabitlik ciddi şəkildə pozulub, çünki hakimiyyət faktiki olaraq Rusiya və Kreml yönümlü siyasətə keçib. Cəmiyyət isə bunun əleyhinədir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!