Kosmosun nadir qonağı:   3I/ATLAS martda Yupiterə ən yaxın nöqtədə olacaq

saytların hazırlanması

Evə çatdırılma

Kosmosun nadir qonağı: 3I/ATLAS martda Yupiterə ən yaxın nöqtədə olacaq

Hadisə

06 Mart 2026 13:48 342


Martın 16-da 3I/ATLAS adlı ulduzlararası komet Yupiterə ən yaxın nöqtədən keçəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından “Yeni Sabah”a verilən məlumata görə, hesablamalara əsasən, obyektin Yupiterə minimal yaxınlaşma məsafəsi təxminən 0.36 astronomik vahid, yəni, təxminən 53 milyon kilometr olacaq. Bu, kosmik miqyasda yaxın keçid sayılsa da, obyekt üçün heç bir toqquşma riski yaratmır.

3I/ATLAS Günəş sistemindən kənardan gələn və hiperbolik trayektoriya ilə hərəkət edən ulduzlararası kometdir. O, 1 iyul 2025-ci ildə ATLAS müşahidə sistemi tərəfindən aşkarlanıb və Günəş sistemindən keçərək yenidən ulduzlararası fəzaya qayıdacaq. Bu obyekt Günəş sistemindən keçdiyi təsdiqlənmiş üçüncü ulduzlararası obyektdir. pizza mizza

Alimlər üçün bu yaxınlaşmanın əsas əhəmiyyəti Yupiterin güclü cazibə sahəsinin obyektin trayektoriyasına necə təsir etdiyini izləməkdir. Mövcud hesablamalara görə, Yupiter bu kometi öz orbitində “tuta” bilməyəcək, lakin onun hərəkətində kiçik qravitasiya dəyişiklikləri yarada bilər. Obyektin Günəşə ən yaxın keçidi isə 2025-ci il oktyabrın 29-da baş verib. Həmin vaxt o, Günəşdən təxminən 1.36 AU məsafədən keçib.

Alimlər qeyd edirlər ki, 3I/ATLAS kimi ulduzlararası obyektlərin müşahidəsi çox nadir hadisədir. Bu cür cisimlər başqa ulduz sistemlərində formalaşmış maddənin bir növ “elçisi” kimi qiymətləndirilir və onların öyrənilməsi kosmosun müxtəlif yerlərində planet sistemlərinin necə yarandığını daha yaxşı anlamağa imkan verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!