Masallıda ağır qəza -   21 yaşlı gənc öldü

saytların hazırlanması

Evə çatdırılma

Masallıda ağır qəza - 21 yaşlı gənc öldü

Hadisə

09 Mart 2026 11:48 312


Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə, ötən gün gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndlərində baş verib.

Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Toyuqlu pizza

Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü O. Zamanov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!