Masallıda ağır yol qəzası: Avtomobil yandı, sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Masallıda ağır yol qəzası: Avtomobil yandı, sürücü öldü

Hadisə

15 May 2020 00:33 1042


Fövqəladə Hallar Nazirliyi Masallı rayonunun Çaxırlı kəndi ərazisində “KamAZ” və “QAZ” markalı iki yük avtomobilinin toqquşması ilə bağlı məlumat yayıb.

FHN-dən Yenisabah.az-a verilən məlumata görə, nəticədə “QAZ” markalı yük avtomobilinin kabinə hissəsi yanıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “QAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.  pizza hut

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!