Masallıda ev yandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Masallıda ev yandı - Video

Hadisə

23 Aprel 2025 18:21 585


Masallı rayonu, Böyük Xocavar kəndi ərazisində fərdi yaşayış evində yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Toyuqlu pizza

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 460 m² olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altıotaqlı fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 50kv.m. və evin 2-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 20kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!