Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda ölkədə olduğu kimi, Masallı rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Masallı Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun bütün 104 kənd, 2 qəsəbə və 1 şəhərində aparılır.
“Yeni Sabah” xəbər verir ki, hazırda Masallı Rayon Baytarlıq İdarəsi tərəfindən Şərəfli kəndi ərazisində yerləşən Şükürov İlkin Mirzəxan oğluna məxsus kəndli (fermer) heyvandarlıq təsərrüfatında saxlanılan 226 baş iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatlarda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Qeyd edək ki, həmin təsərrüfatda 92 baş süd verən heyvan saxlanılır və gündəlik 560 litr süd istehsal edilir. Eləcə də təsərrüfatda il ərzində 30 tona yaxın ət istehsal olunur. Təsərrüfatda həm də 400 baş xırdabuynuzlu heyvan saxlanılır.
Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 73348 baş iribuynuzlu, 705 baş təkdırnaqlı heyvanda qarayara, 610 baş sahibli itdə quduzluq, 525880 baş cücədə nyukasıl (“La-sota” ştammı ilə), 73156 baş iribuynuzlu heyvanda dabaq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Pepperoni pizza
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 7425 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də 27500 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb.
Hazırda Masallı rayonunda vətəndaşların xüsusi mülkiyyətində 72703 baş iribuynuzlu, 90110 baş xırdabuynuzlu, 560 baş təkdırnaqlı, 500000 baş quş və 2450 baş sahibli it mövcuddur.
Masallı rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda nodulyar dermatit, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Telegram kanalımız