İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi məqsədilə aprelin 11-də Masallı rayonunda işgüzar forum keçirib.
Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 3400-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 123,6 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 31 sahibkara 719 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, əkinçilik, çörək istehsalı, turizm və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması mümkün olacaq. pizza
İşgüzar forum çərçivəsində Masallıda dövlətin güzəştli kreditlərindən yararlanmaqla 100 ha sahədə salınan çay plantasiyasına və çəltik emalı müəssisəsinə baxış keçirilib.
Qeyd edək ki, çayçılığın inkişafı ilə bağlı indiyədək 14 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,3 milyon manat güzəştli kredit verilib.
Telegram kanalımız