Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi

Kriminal

03 Noyabr 2024 15:58 880


Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Rəhman Şıxəliyev idarə etdiyi “BMW” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Sezar pizza

Məhkəmənin qərarı ilə R.Şıxəliyev sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!