Masallıda tüfənglə insident törədən şəxs   SAXLANILDI

saytların hazırlanması

Evə çatdırılma

Masallıda tüfənglə insident törədən şəxs SAXLANILDI

Kriminal

06 Mart 2026 23:14 553


Martın 6-da saat 17 radələrində Masallı şəhərinin ərazisində baş verən silahlı insident nəticəsində 34 yaşlı Ramazan Rzayevin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

"Yeni Sabah" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı şəhər sakini 36 yaşlı İ.Əkbərli aralarında yaranan şəxsi münaqişə zəminində ov tüfəngindən R.Rzayevin ayaq nahiyəsinə xəsarət yetirib.

İ.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb və ondan hadisəni törədən zaman istifadə etdiyi tüfəng aşkarlanaraq götürülüb. pizza mizza

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!