Masallıda üç tona yaxın saxta yağ və süd məhsulları aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Masallıda üç tona yaxın saxta yağ və süd məhsulları aşkarlandı

Rəsmi

01 İyun 2023 22:25 1353


Masallı rayonunda 3 tona yaxın saxta kərə yağı, qaymaq və pendir aşkarlanıb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Cənub regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları 1976-cı il təvəllüdlü Zahid Sadıqovun rayonun Qızılağac kəndindəki evinin yardımçı təsərrüfat otağından mənşəyi məlum olmayan 2 ton 359 kq qarışıq yağ, 90 kq qaymaq və 126 kq pendir məhsulları aşkarlayıblar. pizza mizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!