Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra öldü

saytların hazırlanması

Evə çatdırılma

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra öldü

Hadisə

16 Mart 2026 21:15 596


Abşeron rayonunda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə Masazır kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bildirilib ki, tibb müəssisəsində ona iynə vurulub. pizza sifarişi

Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!