Masazırda güllələnənlər haqda son xəbər

saytların hazırlanması

Evə çatdırılma

Masazırda güllələnənlər haqda son xəbər

Sağlamlıq

28 Aprel 2019 18:33 1157


Masazırda baş verən güllələnmədə xəsarət alan 3 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən şəxslər yüngül xəsarət alıb, həyatı təhlükələri yoxdur. pizza hut

Qeyd edək ki, Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında silahlı insident baş verib.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev çoxsaylı qırma yarası alıblar.

İlkin məlumata görə, atəş açan şəxs yaşayış komplekslərindən birinin komendantıdır. Hadisənin ilkin səbəbi olaraq mübahisə göstərilir.

Faktla bağlı təhqiqat aparılır.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!