Maşın almaq istəyənlərə pis xəbər: Qiymətlər bahalaşdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Maşın almaq istəyənlərə pis xəbər: Qiymətlər bahalaşdı - Video

Avto

07 Yanvar 2020 18:21 2553


Avtomobil bazarında alıcı sayında müəyyən qədər artım olsa da, satışın ümumi vəziyyəti zəif olaraq qalır.

"Yeni Sabah" xəbər verir ki, bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.

Əksər satıcıların sözlərinə görə, ötən ilin dekabr ayında bazarda alıcı sayında müəyyən canlanma müşahidə edilib. Paralel olaraq avtomobillərin qiymətləri də artıb. Ən çox artım isə maşın bazarına yeni avtomobillərin daxil olmasında qeydə alınıb. Belə ki, ay ərzində bazara ən çox Koreya və Yaponiya istehsalı olan maşınlar gətirilib. Dördpendirli pizza

Ümumilikdə, bazarda ən çox tələbatın "Mercedes" modellərinə və qiyməti 12-17 min manat arası olan Koreya istehsalı olan avtomobillərə olduğu bildirilib. Satıcılar qeyd edib ki, insanlar ən çox dizellə çalışan və mühərrikinin həcmi aşağı olan maşınlara üstünlük verirlər. İrihəcmli mühərriki olan avtomobillərin və Rusiya istehsalı olan maşınların isə satışının xeyli zəif olduğu bildirilib.

Alıcılar isə bazarda büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkdiklərindən şikayətləniblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!