Maşın bazarında böhran başladı – Video

saytların hazırlanması

Evə çatdırılma

Maşın bazarında böhran başladı – Video

Avto

10 Noyabr 2019 18:00 1577


Bakının avtomobil bazarında durğunluq yaşanır.

“Yeni Sabah” Xezerxeber-ə istinadən bildirir ki, bazara müxtəlif markalı və fərqli qiymətə kifayət qədər maşın çıxarılsa da alıcısı çox azdır. Satıcılar ötən aylarla müqayisədə avtomobillərin qiymətinin bahalaşdığını bildirirlər. Qiymət artımından sonra alıcıların sayı getdikcə azlır.

Alıcıların sözlərinə görə, bir ay əvvəl satılan maşınla hazırda təklif edilən avtomobillərin qiyməti arasında nəzərəçarpacaq dərəcədə fərq var. Sezar pizza

Satıcılar onu da bildiriblər ki, son vaxtlar bazarda əsas ''Hibrit'' avtomobillərə təlabat artıb. Onlar gələn ilin yanvar ayından etibarən ikinci əl avtomobillərin qiymətində ucuzlaşma olacağını proqnoz edirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!