Maşın qaz xəttinə çırpılıb yandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Maşın qaz xəttinə çırpılıb yandı - Fotolar

Hadisə

07 Noyabr 2019 10:02 1195


Gecə saat bir radələrində Sabunçu rayonunun Maştağa qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azəriqaz məlumat yayıb. Belə ki, "Mercedes" markalı maşın qaz xəttinə çırpılandan sonra yanıb.

Nəticədə, qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib. Qaz sızmasının qarşısı dərhal alınıb. Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!