“Maşın” şounun növbəti buraxılışının vaxtı bilindi

saytların hazırlanması

Evə çatdırılma

“Maşın” şounun növbəti buraxılışının vaxtı bilindi

Şou

04 May 2019 08:41 920


Teleməkanın reytinq rekordu qıran layihəsi “Maşın” şounun növbəti buraxılışının vaxtı bilinib. 

"Yeni Sabah" xəbər verir ki, verilişə sentyabr ayında start veriləcək. Adətən hər il iki buraxılışı efirə gedən layihə bu il bir dəfə təqdim ediləcək. “Maşın”da bir çox yenilik olacağı üçün sentyabrda tamaşaçı qarşısına çıxması planlaşdırılır. 

Qeyd edək ki, şouda 9 qadın, 9 kişi olmaqla 18 iştirakçı qarşı-qarşı gələrək avtomobil uğrunda mübarizə aparır. 

Sonuncu dəfə “Maşın”ın qalibi aktrisa Xəyalə Quliyeva olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!