Ucar rayonunun Küçəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, martın 3-də saat 16 radələrində Ucar rayonunun Küçəkənd kəndi ərazisində Bərdə rayon sakini R.Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri T.İsgəndərlini və onun azyaşlı qızını vurub.
Nəticədə T.İsgəndərli hadisə yerində, uşaq isə xəstəxanaya aparılarkən yolda ölüb. Toyuqlu pizza
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Telegram kanalımız