Maşına “satılır” yazsaz, 2 min cərimə olunmayacaqsız –   Ekspert açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Maşına “satılır” yazsaz, 2 min cərimə olunmayacaqsız – Ekspert açıqladı

Avto

13 May 2019 09:01 1670


“Təxminən 2 il əvvəl yayılmış dezinformasiya son günlər təkrar yayılmaqdadır. Söhbət öz avtomobilinin üzərinə "Satılır" məzmunlu elan yerləşdirməkdən gedir”.

“Yeni Sabah”ın məlumatına görə, bunu nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, buna görə guya 2000 manat cərimənin olması düzgün söhbət deyil:

“Təkrar da olsa, nəzərə çatdırmaq istəyirəm ki, "Reklam haqqında" Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanun hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına şamil olunmur. Ona görə də öz avtomobilinə bu tip elan yazmaq bu Qanunla tənzimlənmir, Bunun üçün icazə lazım deyil, icazə yoxdur deyə cərimədən söhbət gedə bilməz”. Pepperoni pizza

Xatırladaq ki,  ötən gün “Avtomobilin şüşəsində “Satılır” yazısı yapışdırmaq da reklamdır. Avtomobilin hansı şirkətə məxsus olduğunu bildirən ad və ya loqotip reklam hesab edilmir.  Bütün deyilənlər yeni qanunvericilikdə öz əksini tapıb. “Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi” qaydalarının pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib” , - deyə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev demişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!