Maşınından qız cəsədi çıxan reper həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Maşınından qız cəsədi çıxan reper həbs olundu

Dünya

18 Aprel 2026 00:38 795


Amerikalı repçi D4vd (əsl adı David Antoni Burke) 15 yaşlı Rivas Hernandez adlı qızın qətli ilə bağlı şübhəli şəxs qismində həbs olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.

Burke girov müqabilində azadlığa buraxılmadan saxlanılıb. pizza

Hernandezin qalıqları sentyabr ayının əvvəlində repçiyə məxsus avtomobildə aşkar edilib. Bildirilir ki, 2024-cü ildə itkin düşən yeniyetmə Selenin və D4vd-nin sağ əllərinin şəhadət barmağında “Tss…” yazılı eyni döymə olub. Qətl baş verən zaman qızın 14 yaşı var imiş. Ölüm səbəbi isə hələlik açıqlanmayıb. Ailəsi onu sonuncu dəfə 2024-cü ilin aprelində görüb.

Repçinin vəkilləri onun günahsızlığını qətiyyətlə müdafiə edəcəklərini bildiriblər./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!