Maşınla vurulan 9 yaşlı uşaq xəstəxanada ölüb

saytların hazırlanması

Evə çatdırılma

Maşınla vurulan 9 yaşlı uşaq xəstəxanada ölüb

Hadisə

19 Aprel 2026 01:09 700


Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Yeni Sabah” "Report"a istinadla bildirir ki, hadisə Xırdalan şəhərinin 27-ci məhəllə ərazisində baş verib.

İlkin məlumata görə, yolu keçmək istəyən 9 yaşlı piyada "Toyota" markalı minik avtomobili tərəfindən vurulub. Toyuqlu pizza

Ağır xəsarət alan azyaşlı dərhal tibb müəssisəsinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!