YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Maska ləğv olundu, sərhədlər açılır: “Ərəb dünyasından axın gözləyirik“

Maska ləğv olundu, sərhədlər açılır: “Ərəb dünyasından axın gözləyirik“

Turizm

22 Aprel 2022 16:10 9251


"Pandemiyadan əvvəlki dövrə 2023-cü ildə çata bilərik".

Bunu Yenisabah.az-a turizm eksperti Cabir Dövlətzadə deyib.

Qeyd edək ki, mayın 1-dən Azərbaycanda quru sərhədlərin açılması gözlənilir. Bu, qonşu ölkələrdən turistlərin rahat şəkildə gəlməsinə imkan yaradacaq.

2 ildir pandemiyaya qapalı olan sərhədlərin açılması Azərbaycanın turizm bazarına necə təsir göstərəcək?

Cabir Dövlətzadə bununla bağlı bildirib:

“Quru sərhədlərin açılması, təbii ki, turizmin inkişafına böyük təsir göstərəcək. Aviabiletlər baha olduğu üçün quru sərhədlərlə ölkəmizə daha ucuz və turistik müştərilər gəlir. Avtomobil yolu ilə gələn müştərilər də istər-istəməz hər vaxt çox olub.

Həm Gürcüstan, həm İran, həm də Rusiyadan gələn turistlər, əsasən, quru yolla ölkəmizə keçməyə üstünlük verirlər. COVID məhdudiyyətlərinin, xüsusən, qapalı məkanlarda maskanın ləğvi işimizə xeyli təsir göstərəcək".

Ramazan ayından sonra Ərəb dünyasından turist artımını gözləyirik, çünki onlar Ramazan ayının son günlərinə yaxın rezervasiya etməyə başlayırlar. Bayramdan sonra, may ayında və yay mövsümünə görə daha çox turist axını olur.

Gözləyirik ki, may-iyun aylarında həm paytaxt, həm də reginonlarda xarici turistlərin sayı öncəki aylara nisbətən xeyli artsın”.

Cabir Dövlətzadənin fikrincə, pandemiyadan əvvəlki dövrə yalnız 2023-cü ildə çatmaq mümkündür:

“Statistika da göstərir ki, turist sayında ciddi şəkildə azalma olub. Əgər pandemiya öncəsi ölkəyə 3.5 milyon turist səfər etmişdisə, 2023-ci ildə o rəqəmi tutdura bilərik. Ölkə sabit olduğu və sabit müştərini cəlb etdiyi üçün Azərbaycana açılan yeni azbüdcəli reyslərin sayı artıb və regionda vəziyyətin stabilləşməsi ilə köhnə turizm potensialını yaxalamış olacağıq. Yay mövsümü və ondan sonra ölkəyə normal turizm axını gözlənilir”.

Cavad Salmanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!