Yanvarın 11-də saat 8 radələrində Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gəlmiş 2 maskalı şəxs orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyərək pul tələb ediblər.
“Yeni Sabah” xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Onlar müqavimətlə rastlaşdıqlarından qaçıblar.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. pizza sifarişi
Polisin həyata keçirdiyi tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Onlar Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Qarayev və Məhəmməd Mirzəyev olublar.
İstintaq və əməliyyat tədbirləri aparılır.
Telegram kanalımız