Maştağada narkotik satan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Maştağada narkotik satan şəxs tutuldu

Kriminal

28 Yanvar 2019 16:43 1478


Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Əfqan Məmmədov saxlanılıb.

DİN-dən “Yeni Sabah” a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 2,618 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.       

Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Məmmədovun Maştağa qəsəbəsi M.Mirəliyev küçəsində yerləşən yarımtikilidə gizlətdiyi ona məxsus 510 qram heroin də götürülərək istintaqa təqdim edilib. Saxlanılan şəxs narkotik vasitəni bir müddət əvvəl tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirib.  pizza sifarişi

Faktla bağlı bölmədə toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!