Mastercard audiobrendiqini təqdim edib

saytların hazırlanması

Evə çatdırılma

Mastercard audiobrendiqini təqdim edib

Rəqəmsal

21 Fevral 2019 21:18 1286


Qlobal ödəniş texnologiyaları lideri sayılan “Mastercard” öz audio stilini təqdim edib. 

“Yeni Sabah” xəbər verir ki, bu unikal musiqi kompozisiyası “Mastercard” brendi ile əlaqədar olan rəqəmsal, fiziki və səsli də olmaqla, bütün mühitlərdə tanınan bir element olacaq. Yenilik bu yaxınlarda şirkətin brend-simvol statusuna keçidini bəyan etməsi ilə bağlıdır və “Mastercard” şirkətinin inkişafı istiqamətində atılmış növbəti addımdır.

“Mastercard” hər kəs tərəfindən bəyəniləcək musiqini yaratmaq üçün tanınmış rok qrupu “Linkin Park”-ın aranjımançı və musiqiçisi Mayk Şinodu da daxil olmaqla, müxtəlif ölkələrdən musiqiçiləri, sənətkarları və yaradıcı agentlikləri bir araya gətirib. Nəticədə, janr və mədəniyyətlərdən asılı olmayaraq, hər kəs üçün yaddaqalan və unikal musiqi yaranıb.  pizza sifarişi

Fərqli musiqi alətləri və dəyişən templər “Mastercard” soundtrekini bir neçə üslubda, o cümlədən opera, kinoteatr və klub tərzi səslənmə ilə yanaşı, bir sıra regional interpretasiyalarda da istifadə etməyə imkan verir. Hər vəziyyət üçün unikal olan bu melodiya - musiqi şənliklərində, səsli loqotiplərdə və zəng səslərində, zəngə cavab gözlərkən səslənən melodiya və ya alış-verişi təsdiqləyən səs olaraq da qarşınıza çıxa bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!