Mastercard və Visa ilə bağlı araşdırma aparılacaq

saytların hazırlanması

Evə çatdırılma

Mastercard və Visa ilə bağlı araşdırma aparılacaq

Rəqəmsal

19 İyul 2025 11:52 546


Türkiyə Rəqabət Qurumu tərəfindən Mastercard və Visa barədə araşdırma başladılıb.

Yenisabah.az xəbər verir ki, Rəqabət Qurumunun açıqlamasına görə, kartlı ödəniş sistemləri sahəsində fəaliyyət göstərən bu iki nəhəng şirkətin rəqabəti pozduğu ehtimal olunur. Aparılan ilkin qiymətləndirmə nəticəsində bu istiqamətdə ciddi şübhələrin olduğu bildirilib və məsələ ilə bağlı rəsmi araşdırma qərarı verilib.

Qurum tərəfindən yayımlanan rəsmi açıqlamada qeyd olunub: Marqarita pizza

“Kartlı ödəniş sistemləri sektorunda MasterCard və Visa-nın fəaliyyətlərinin 4054 saylı Rəqabətin Qorunması Haqqında Qanunun 4-cü və 6-cı maddələrini pozub-pozmadığının müəyyən olunması məqsədilə araşdırma başladılıb”.

Araşdırmanın nəticələri hələlik ictimaiyyətə açıqlanmayıb. Yekun qərarın nə zaman veriləcəyi isə hələlik məlum deyil. 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!