Matç zamanı qapıçı huşunu itirdi

saytların hazırlanması

Evə çatdırılma

Matç zamanı qapıçı huşunu itirdi

İdman

29 Dekabr 2025 10:48 643


Afrika Millətlər Kubokunun ikinci turunun Sudan - Ekvatorial Qvineya matçında (1:0) qapıçı huşunu itirib.

"Yeni Sabah" xəbər verir ki, Sudan millisinin qapıçısı Monqed Elnil matçın 37-ci dəqiqəsində cərimə meydançasının kənarına yaxınlığında yıxılıb.

Həmin vaxt oyun meydanın əks tərəfində davam edib. Daha sonra hakim matçı dayandırıb və tibb işçiləri kömək etmək üçün meydana çıxıblar. Həkimlərin müdaxiləsindən və bir neçə dəqiqəlik fasilədən sonra qapıçı oyuna davam edə bilib. pizza sifarişi

Sudan milli komandasının tibb heyətinin nümayəndələrinin sözlərinə görə, Elnilin huşunu itirməsinin səbəbi qan təzyiqinin və ya qan şəkərinin səviyyəsinin qısamüddətli aşağı düşməsi olub. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!