Mateuş Koxalskinin transfer qiyməti   BƏLLİ OLDU

saytların hazırlanması

Evə çatdırılma

Mateuş Koxalskinin transfer qiyməti BƏLLİ OLDU

İdman

03 Dekabr 2025 22:44 2827


Avropanın nəhəng klublarının transfer siyahısında olan "Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin qiyməti bəlli olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Polşanın "Sklad" portalı məlumat yayıb.

Bildirilib ki, Ağdam təmsilçisi 25 yaşlı polşalı qolkiperini transfer etmək istəyən klubdan yeddi milyon avro tələb edəcək. Toyuqlu pizza

Qeyd edək ki, Koxalski 2024-cü ilin yay transfer pəncərəsində "Qarabağ"a qoşulub. O, bu mövsüm 15 oyuna çıxıb və beş dəfə qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, Polşa mətbuatında yayılan məlumata görə, "Borrusiya Dortmund" və "Napoli" klubları Mateuş Koxalskini transfer etmək üçün təklif göndərməyə hazırlaşırlar./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!