Mbappe Azərbaycanla oyunun ilk məşqinə çıxa bilmədi

saytların hazırlanması

Evə çatdırılma

Mbappe Azərbaycanla oyunun ilk məşqinə çıxa bilmədi

İdman

07 Oktyabr 2025 12:05 430


“Real” və Fransa millisinin hücumçusu Kilian Mbappe “Vilyarreal”la (3:1) oyunda sağ topuq bağlarının dartılması səbəbindən bərpa kursu keçir. 

Yenisabah.az marca-ya istinadla xəbər verir ki, 26 yaşlı futbolçu bərpa prosesini həm Fransa millisinin, həm də Madrid klubunun həkimlərinin birgə nəzarəti altında keçirir.

Mbappe Fransa millisinin Azərbaycan yığması ilə oyunun ilk ümumi məşqini buraxıb. Ona fizioterapiya və yüngül zal məşqləri təyin olunub. Toyuqlu pizza

Mbappenin kapitanı olduğu Fransa millisi oktyabrın 10-da dünya çempionatı 2026-nın seçmə mərhələsində Parisdə Azərbaycan yığması ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!