Mbappenin barmağı sındı

saytların hazırlanması

Evə çatdırılma

Mbappenin barmağı sındı

İdman

08 Dekabr 2025 23:43 976


"Real Madrid"in hücumçusu Kilİan Mbappe İspaniya La Liqasının 15-ci turunda "Selta"ya qarşı oyunda (0:2) sol əlindəki adsız barmağını sındırıb.

Oxu.Az bu barədə İspaniya KİV-ə istinadən xəbər verir.

Fransalı forvard zədəni birinci hissənin sonunda müdafiəçi Oskar Minqesa ilə toqquşmadan sonra alıb. pizza sifarişi

Bu zədə onun dekabrın 10-da Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda "Mançester Siti"yə qarşı oyunda meydana çıxmasına mane olmayacaq.

Cari mövsümdə Mbappe "Real Madrid"də bütün turnirlərdə 21 oyun keçirib, 25 qol vurub və 4 məhsuldar ötürmə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!