MDB İqtisadi Şurasının növbəti iclası Moskvada olacaq

saytların hazırlanması

Evə çatdırılma

MDB İqtisadi Şurasının növbəti iclası Moskvada olacaq

Dünya

10 İyun 2022 12:00 879


MDB İqtisadi Şurasının növbəti sessiyasının sentyabrın 23-də Moskvada keçirilməsi planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bu barədə iyunun 10-da MDB İqtisadi Şurasının İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

"MDB İqtisadi Şurasının növbəti iclasının 2022-ci il sentyabrın 23-də Moskvada keçirilməsi planlaşdırılır", - o, qurumun Nur-Sultanda keçirilən 94-cü iclasında deyib. pizza hut

İclasda nümayəndə heyətlərinin rəhbərləri MDB-yə üzv dövlətlərin 2021-ci ildə iqtisadi inkişafının əsas hədəf makroiqtisadi göstəriciləri haqqında məlumatı dinləyiblər.

MDB iştirakçısı olan dövlətlərdə mövcud iqtisadi vəziyyətin və yaranan problemlərə qarşı birgə görülə biləcək tədbirlərin müzakirəsinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin İqtisadi Əməkdaşlıq Şurası MDB-nin azad ticarət zonalarının yaradılması, onun fəaliyyəti və digər sosial-iqtisadi əməkdaşlıq haqqında sazişlərinin həyata keçirilməsini təmin edən əsas icraedici orqandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!