MDB ölkələri koronavirusa qarşı peyvənd əldə edəcəklər

saytların hazırlanması

Evə çatdırılma

MDB ölkələri koronavirusa qarşı peyvənd əldə edəcəklər

Sağlamlıq

27 Noyabr 2020 13:14 1019


MDB ölkələri Rusiyanın koronavirusa qarşı peyvəndini Rusiyada kütləvi peyvəndləmə başlayandan sonra birinci əldə edə biləcəklər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında çıxışında bildirib.

“Rusiyada artıq “Sputnik V” və “Epivakkorona” yerli peyvəndləri qeydiyyatdan keçib. Üçüncü peyvənd də yoldadır. Qeyd etmək istəyirəm ki, Rusiyada kütləvi peyvəndləmə başlayandan sonra MDB-dən olan tərəfdaşlarımız Rusiya preparatını ala biləcək ilk ölkələr arasında olacaqlar. Hazırda peyvəndin istehsalının möhkəmləndirilməsi prosesi gedir”, - deyə V. Matviyenko vurğulayıb. (APA) Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!