MDB ölkələrində təxribatlar hazırlanır

saytların hazırlanması

Evə çatdırılma

MDB ölkələrində təxribatlar hazırlanır

Siyasət

20 Aprel 2023 11:42 826


Qərb dövlətləri MDB məkanında sabitliyi pozmaq üçün təxribatlar hazırlayır.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev bildirib.

O deyib: "Təəssüf ki, belə məlumatlar var". Sezar pizza

Lebedevin sözlərinə görə, MDB ölkələrində vəziyyətin sabitliyini pozmağa yönəlmiş bu cəhdlər “aşkardır və gizli deyil”.

Bundan əlavə, Birliyin baş katibi MDB-nin hələ uzun illər davam edəcəyinə əminliyini ifadə edib. Bunun səbəblərini o, MDB ölkələrinin bir-biri ilə sıx qarşılıqlı əlaqədə olarkən “yan-yana yaşamağa məhkum” qonşu olmalarını adlandırıb.

Lebedevin fikrincə, Ukraynanın MDB ilə əlaqələrini məhdudlaşdırması nə birlik, nə də ölkənin özü üçün yaxşı heç nəyə gətirib çıxarmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!