MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

saytların hazırlanması

Evə çatdırılma

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

İdman

03 Oktyabr 2025 09:46 380


Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.

Yenisabah.az xəbər verir ki, Şəki İdman Olimpiya Kompleksində batut gimnastikası üzrə final, Yevlaxda boks üzrə yarımfinal, Xankəndidə kamandan oxatma, Gəncə İdman Sarayında qılıncoynatma, Qəbələ İdman Olimpiya Kompleksində badminton üzrə təsnifat mərhələsinin oyunları təşkil olunacaq.

Gəncə İdman Olimpiya Kompleksində güləş, Mingəçevirdə isə karate yarışlarına start veriləcək. Dominos pizza

Azərbaycan və Özbəkistan voleybol milliləri, Qəbələdə Özbəkistan və Qırğızıstanın futbol yığmaları üz-üzə gələcək.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!