Mebel alqı-satqısı adı altında dələduzluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Mebel alqı-satqısı adı altında dələduzluq edən şəxs saxlanıldı

Kriminal

04 Dekabr 2025 17:01 680


Sumqayıt şəhərində dələduzluq faktları qeydə alınıb. Zərərçəkənlərdən birinin “mebel alqı-satqısı” adı altında, digərinin isə “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 12000 pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciətlər daxil olub.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliiynin Mətbuat xidmətindən məlumat verilib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 40 yaşlı T.Allahyarov və 49 yaşlı A.Allahyarov müəyyən olunaraq saxlanılıblar. Sezar pizza

Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşın bank kartında olan pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı M.Əliyev də saxlanılıb.

Faktlar üzrə araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!