Yanvarın 31-də Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin qarşısında insident qeydə alınıb.
Hadisə şahidlərinin Azpolitika.info-ya verdiyi məlumata görə, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün Şəhla İmranova Komitənin qarşısında evlə təmin olunmamasına görə etiraz edib, özünü maşının altına atmaq istəyib.
Deyilənə görə, məcburi köçkün uzun müddətdir ona vəd olunan mənzili ala bilməməsinə görə belə bir addım atıb. Pepperoni pizza
“Qaçqınkom”un mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev isə “Yeni Sabah”a belə bir hadisənin baş vermədiyini deyib: “Belə bir hadisə olmayıb. Sadəcə İmranova Şəhla Barat qızı “Qaçqınkom”a yaxınlaşıb, narazılığını bildirib. Vətəndaşın məsələsinə baxılıb və həmin şəxsin adının ev alanların siyahısında olduğu bəlli olub. Yaxın zamanlarda şikayətçi evlə təmin olunacaq”.
Günay Rəsulqızı
Telegram kanalımız