Bayıl yamacı sürüşmə zonasında yaşayan 27 məcburi köçkün ailəsi aksiya keçirib.
Sakinləri narahat edən isə ötən həftə onlara Səbayel Rayon İcra Hakimiyyətindən verilən məlumatdır. Belə ki, onlara bildirilib ki, sürüşmə zonasında yaşayan köçkün ailələrinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qobudan ev verəcək. Bu isə onların narazılığına səbəb olub.
Sürüşməyə görə verilən kirayə pulları isə yanvar ayından etibarən saxlanılıb. Lakin ötən həftə Səbayelin icra başçısı Vüqar Zeynalov sakinlərə bildirib ki, mart ayından etibarən onlara 6 aylıq kirayə pulu veriləcək. pizza sifarişi
Sakinlərin dediyinə görə, V.Zeynalov söyləyib ki, onların evlərindən tam köçürülməsi planlaşdırılır. Narazılıq da məhz bu xəbərdən sonra başlayıb.
Sakinlər Qubuya köçmək istəmədiklərini bildiriblər.
Əlavə edək ki, sakinlərin şikayətləri ilə bağlı Səbayel Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən bildirildi ki, şikayətlər araşdırılır, müvafiq tədbirlər görüləcək.
Musavat.com
Telegram kanalımız