Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində birmərtəbəli fərdi yaşayış evində yanğın olub.
“Yeni Sabah” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata görə, bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə (məcburi köçkünlərin məskunlaşdığı) yanğın baş verib. Dördpendirli pizza
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb.
Telegram kanalımız