Məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın baş verib.
“Yeni Sabah”ın verdiyi məlumata görə hadisə Dərnəgül qəsəbəsində Azərbaycan Pedoqoji Universitetinin 3 saylı yataqxanasında baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın nəticəsində məcburi köçkün ailəsinin yaşadığı 2 otaq yanıb.
Hadisə nəticəsində yaralananların olduğu bildirilir.
Yanğına səbəb elektrik qısaqapanması olub.
Telegram kanalımız