Məcburi köçkünlərlə bağlı bu qaydaya dəyişiklik edildi

saytların hazırlanması

Evə çatdırılma

Məcburi köçkünlərlə bağlı bu qaydaya dəyişiklik edildi

Xalqın səsi

03 Mart 2019 14:25 1409


Nazirlər Kabineti “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, qərara aşağıdakı dəyişikliklər olunub:

1. Adına “sahələrinin” sözündən sonra “istifadəyə” sözü əlavə edilsin. pizza sifarişi

2. Həmin Qərarla təsdiq edilmiş “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydası” üzrə:

2.1. adına və 1-ci hissəsinə “sahələrinin” sözündən sonra “istifadəyə” sözü əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”;

2.3. 3-cü və 6-cı hissələrdən “və icarəyə” sözləri, 7-ci hissədən “və ya icarəyə” sözləri çıxarılsın;

2.4. 5-ci hissəyə “tələb edilən” sözlərindən əvvəl “dövlət torpaq kadastrının məlumatları əsasında” sözləri əlavə edilsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!