İspaniyada aralarında körpələrin də olduğu 17 uşaq səhv müalicənin qurbanı olub.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, mədə problemi ilə xəstəxanaya gətirilmiş uşaqlara səhvən saç tökülməsinin qarşısını alan dərman verilib.
Bu isə uşaqlarda hipertrikoz - digər bir adı ilə “Qurd adam sindromu”nun yaranmasına səbəb olub. Toyuqlu pizza
İspaniyanın Səhiyyə Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Bildirilib ki, nazirlik uşaqların dərman qəbulunun qarşısı alındıqdan sonra onların müəyyən müddət ərzində əvvəlki vəziyyətlərinə qayıdacaqlarını ümid edir.
Qeyd edək ki, hipertrikoz bədəndə anormal tüklənmə ilə xarakterizə olunan xəstəlikdir.
Sabrina
Telegram kanalımız