Mədəniyyət nazirinə yeni müavin təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət nazirinə yeni müavin təyin edildi

Siyasət

01 Mart 2023 19:09 1186


Azərbaycan mədəniyyət nazirinə yeni müavin təyin olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Murad Fərid oğlu Hüseynov mədəniyyət nazirinin müavini təyin edilib. Marqarita pizza

O, bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, M.Hüseynov 1973-cü il dekabrın 1-də Bakıda anadan olub.

O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991-1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib. 1996-1999-cu illərdə Bakı Musiqi Akademiyasının aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub.

M.Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000-2002-ci illərdə A.Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.

Azərbaycanın Xalq artisti, pianoçu, beynəlxalq müsabiqələr laureatıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!