Mədəniyyət Nazirliyi bu aktyora 657 min manat ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət Nazirliyi bu aktyora 657 min manat ödəyəcək

Mədəniyyət

22 Yanvar 2026 12:56 803


Azərbaycanda “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin istehsalına başlanılıb.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) bununla bağlı “Aydəmir Entertainment” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Müqavilədə “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur. Marqarita pizza

Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib. 

Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən “Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!