Mədəniyyət Nazirliyi müsabiqə elan edir

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət Nazirliyi müsabiqə elan edir

Sosial

01 Fevral 2019 17:15 893


Mədəniyyət Nazirliyi Qeyri-hökumət təşkilatları üçün 2019-cu il üzrə müəyyən edilmiş tədbirlər, müsabiqələr barədə elan verib.

“Yeni Sabah” siyahını təqdim edir:

-2019-cu il 30 iyun–10 iyul tarixində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi çərçivəsində mədəni tədbirlərin təşkili. pizza hut

-Xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair layihələrin hazırlanması.

-Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı layihələrin hazırlanması.

-Regionlarda mədəniyyətin daha da inkişafına töhvə verəcək layihələrin həyata keçirilməsi.

Müsabiqədə iştirak etmək istəyən QHT-lər martın 1-dək ərizələrini müsabiqənin şərtlərinə  uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.

-Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;

-QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

-Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;

-Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;

-Tədbirin keçiriləcəyi yer və tarix;

-Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);

-Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!