Mədəniyyət Nazirliyi şöbə müdiri axtarır

saytların hazırlanması

Evə çatdırılma

Mədəniyyət Nazirliyi şöbə müdiri axtarır

Maraqlı

02 Sentyabr 2020 13:52 743


Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinin tutulması üçün daxili müsahibə elan edib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, müsahibədə Mədəniyyət Nazirliyində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 2 sentyabr 2020-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixdə aparılacaq.  pizza sifarişi

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müraciət edilə bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!