YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
MEDİA-da beynəlxalq forumun iştirakçıları ilə görüş keçirildi

MEDİA-da beynəlxalq forumun iştirakçıları ilə görüş keçirildi

Yazar

23 İyul 2022 21:50 4269


İyulun 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Beynəlxalq Media Forumun iştirakçıları ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, Əhməd İsmayılov qonaqlara dəvəti qəbul edərək Beynəlxalq Media Forumunda iştirak etdiklərinə görə minnətdarlığını bildirib. O, bu cür forumların keçirilməsinin önəmini vurğulayıb.

Əhməd İsmayılov qonaqları ölkəmizin media sahəsində aparılan #islahatlar barədə məlumatlandırıb. Həmçinin bir çox #beynəlxalq media orqanları ilə əlaqələrin qurulduğunu qeyd edib, türkdilli ölkələrlə media sahəsində qarşılıqlı məlumat mübadiləsi aparıldığını diqqətə çatdırıb.

Görüşdə, həmçinin Beynəlxalq Media Forumunda müzakirə olunan mövzuların önəmindən bəhs edilib.

Forum iştirakçıları tədbirin yüksək səviyyədə təşkil edilidiyinə görə təşəkkürünü bildiriblər.

Sonda qonaqlara “Azərbaycan #çap mətbuatı tarixinin inciləri” jurnalı təqdim edilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!