Media monitorinq qrupu işinə yekun vurub -Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Media monitorinq qrupu işinə yekun vurub -Siyahı

Rəqəmsal

09 Aprel 2019 15:14 1283


Media Consulting and Services  media monitorinq qrupu  1-31 mart 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

"Yeni Sabah" xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  12 Televiziya kanal, 13 radio dalğası; 55  çap  və  600 on-line media daxil olmaqla  680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.   pizza sifarişi

Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların ilk beşliyini təqdim edirik.  

Mobil rabitə

Azercell 1728

Bakcell  1217

Nar mobile 1090

Bank sektoru

ABB 1193

Kapital Bank 796

Paşa Bank 553

Accessbank 534

Bank Respublika 496

Sığorta sektoru

PAŞA 169

AXA MBASK 104

Azsıgorta 101

PAŞA Həyat 74

Bakı 68

Ali məktəblər

BDU 2111

ADU 1069

BANM 958

UNEC 902

ADA 798

Hotel

Landmark 218

Hilton  168

JW Marriott Absheron 120

Hyatt Regency 45

Excelsior 40

Qeyd edək ki, aylıq nəticələr  agentliyin facebook, twitter və web səhifələrində də yerləşdirilib.

Əlavə etmək istərdik ki, elan olunan statistika  yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!