“Məğlub tərəf əzilər, döyülər, alçaldılar və deyiləni edər. Etməzsə...”

saytların hazırlanması

Evə çatdırılma

“Məğlub tərəf əzilər, döyülər, alçaldılar və deyiləni edər. Etməzsə...”

Siyasət

16 Sentyabr 2022 14:58 2084


“Azərbaycan hazırda qalib ölkədir və biz kiminsə şərtləri ilə hərəkət etmirik. Hansısa şərtlər altında hərəkət etsəydik, bu gün bayrağımız Şuşada və ya tarixi Azərbaycan torpaqlarında dalğalanmazdı”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

Hərbi ekspert erməni təxribatları nəticəsində Azərbaycanın nəzarətə götürdüyü yüksəkliklərdən ordumuzun hansı şərtlərlə geri çəkilə biləcəyinə münasibət bildirib: Marqarita pizza

“Azərbaycanın bu məsələdə geri çəkilməsi üçün heç bir əsas yoxdur. Əksinə, biz Ermənistanın mümkün təxribatları fonunda yaradılan təhlükəsizlik zonasının – bufer zonanın formalaşdırılmasının doğru ola biləcəyini ehtimal edirik. Çünki görünən odur ki, müharibənin başa çatmasından 2 il keçsə də, məğlub və rəzil Ermənistan hələ də məğlubiyyətini qəbul etmək istəmir, zaman-zaman isə kifayət qədər genişmiqyaslı təxribatlar törədir. Belə olan halda Azərbaycan vətəndaşlarının, eləcə də orada xidmət keçən hərbçilərin təhlükəsizliyi məqsədilə mümkün təxribatların qarşısının alınması üçün hazırda yeganə çıxış yolu bufer zonanın yaradılmasıdır”.

Ehtiyatda olan mayor əlavə edib:

“Əgər Ermənistan kapitulyasiya aktını qəbul edib onun şərtlərinə əməl etsəydi, habelə təxribatlara yol verməsəydi, bu, başqa məsələ, onda 2 ildə problemlərin böyük bir hissəsi həll olunardı. Əfsus ki, Ermənistan tərəfi təxribatlara yol verməklə bərabər, birgə bəyanatın şərtlərini yerinə yetirməkdən də açıq-aşkar yayınır. Bu isə Azərbaycana növbəti “Dəmir Yumruq” zərbəsi üçün real zəmin yaradır. Təxribatlar davam edərsə, Ermənistan bunun daha ağrılı-acılı nəticələri olacaq”.

Müsahibimiz Ermənistanın Baş naziri Nikol Paşinyanın ilin əvvəlində irəli sürdüyü qoşunların “güzgü prinsipi” ilə geri çəkilməsi təklifinə də toxunub:

“Biz Qarabağ və Şərqi Zəngəzuru azad etmişik. Bugünkü proseslər isə tarixi torpaqlarımız olan Qərbi Zəngəzurda cərəyan edir. Ermənistan kimdir ki, bu müharibədə bizə öz torpaqlarımızdan geri çəkilmək təklifi verir?! Əgər geri çəkilmə yaxşı bir iş idisə, niyə 30 illik işğal dövründə bir addım da olsun geri çəkilmirdi?! Gəlib Ağdama çıxmışdılar, Tərtərə yaxınlaşmışdılar, Füzulini keçmişdilər və artıq Horadizdə idilər. Odur ki, belə absurd təkliflər işləməz və bu, sadəcə daxili auditoriyaya ünvanlanmış mesajlardır.

Onsuz da yaxşı bilir ki, Azərbaycan bunu qəbul etməz. Mən əsgərimin canı-qanı bahasına torpağımı azad edəcəyəm, sonra da Paşinyan kimi dabanyalayanın təklifinə görə qoşunu oradan geri çəkəcəyəm?! Harada görülüb belə bir şey?!

Məğlub tərəf əzilər, döyülər, alçaldılar və deyiləni edər. Etməzsə, başı yenə əzilər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!