“Gözlənilmədən məğlubiyyətlə qarşılaşdıq. Çünki oyuna yaxşı hazırlaşmışdıq, yaxşı da gedirdi. Sadəcə, 2-ci hissə başlayan kimi qol buraxdıq. Sonra top itkilərimiz oldu, topu ala bilmədik və 2-ci qolu qapımızda gördük”.
Bunu “Yeni Sabah”a açıqlamasında “Keşlə”nin futbolçusu Amil Yunanov “Qəbələ”yə məğlub olduqları (1:2) oyunu şərh edərkən deyib. O, qol şansları olsa da, bundan yararlana bilmədiklərini və rəqibin bundan istifadə etdiklərini söyləyib:
“Məğlubiyyətdən qaça bilmədik. Matç heç-heçə də bitə bilərdi. Çox qol şanslarımız olsa da, bunu dəyərləndirə bilmədik. Rəqib isə əlinə düşən imkanlardan istifadə edib bizi məğlub etdi. Futbolda da əsas olan nəticədir”. Marqarita pizza
Hazırda turnir cədvəlində son pillədə qərarlaşan “Keşlə”nin vəziyyətinə münasibət bildirən hücumçu vəziyyətdən çıxmaq üçün çalışdıqlarını bildirib:
“İndi qarşıda hələ 4 oyunumuz var. Son pillədən çıxmaq üçün çalışırıq”.
Sabah baş tutacaq “Qarabağ” – “Keşlə” oyunu haqqında da danışan A.Yunanov bildirib ki, meydandan yaxşı nəticə ilə ayrılmaq üçün bütün güclərini göstərəcəklər:
“Futbolda hər şey olur. “Qarabağ” lider komandadır, çempionluğa oynayır. Bizim də hədəfimiz bu yerdən qurtulmaqdır. Bu yerdən çıxmaq üçün də bizə xal lazımdır. Çalışacağıq ki, sabah yaxşı oynayaq və meydandan qənaətbəxş nəticə ilə ayrılaq”.
Naibə Məmmədova
Telegram kanalımız