Məhbus uşaq evindəki qardaşı ilə görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Məhbus uşaq evindəki qardaşı ilə görüşüb

Kriminal

25 Mart 2019 16:53 966


Novruz Bayramı münasibəti ilə Penitensiar Xidmət həbsxanada olan şəxsi uşaq evində məskunlaşan 6 yaşlı qardaşı ilə görüşdürüb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü (oğurluq)  maddələrinə əsasən 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş Şahbazov Xəyyam Məhəmməd oğlu müəssisə rəhbərliyinə müraciət edərək, valideynləri vəfat etdikdən sonra uşaq evində saxlanılan 6 yaşlı qardaşı Kabak Cəlal Qasım oğlu ilə görüşə şərait yaradılmasını istəyib.

Bayram günlərində İxtisaslaşdırılmış müalicə müəssisəsinin və Bakı şəhər 2 saylı uşaq evinin rəhbərliyinin təşəbbüsü ilə azyaşlı Cəlal Kabak qardaşı məhkum Xəyyam Şahbazovla qısamüddətli görüşə gətirilib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!